Logo

Alimlər damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar

14.04.2024 10:31 204 baxış
IMG

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar.

Tehsil.biz Gazeta.ru-ya istinadən xəbər verir ki, yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadir qüsurdur. Bu gün bu qüsur cərrahi yolla düzəldilir.

Artefakt Krakovdakı Müqəddəs Fransisk Assizi kilsəsinin məzarında aşkarlanıb. O 50 yaşında ölən kişinin kəllə sümüyünün ağız boşluğunda olub. Tədqiqatçıların aşkar etdiyi kimi, qeyri-adi implant 3,1 santimetr uzunluğunda və təxminən 5,5 qram ağırlığında mis və qızıl lövhəyə tikilmiş yun yastıq idi.

“Bu, yəqin ki, təkcə Polşada deyil, bütün Avropada ilk belə kəşfdir. Nə dövlət, nə də şəxsi kolleksiyalarda belə bir şey var”, - tədqiqatın aparıcı müəllifi, antropoloq Anna Spinek bildirib.

Xəbər lenti