Logo

ADPU-nun dekanı vəfat edib - FOTO

13.04.2024 13:49 182 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin dekanı, dosent Araz Fərəcov vəfat edib.

Tehsil.biz xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

A.Fərəcov 1958-ci ildə anadan olub. O, 1975-1978-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitet) Mexanika-riyaziyyat fakültəsində, 1978-1980-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində, 1980-1983-cü illərdə isə həmin təhsil müəssisəsində Mexanika-riyaziyyat fakültəsinin əyani doktorant səviyyəsi üzrə təhsil alıb. 1980-ci ildə indiki AMEA-nın Riyaziyyat-mexanika institutunda elmi işçi, 1983-cu ilin dekabrından Bakı Dövlət Universiteti (BDU) Mexanika-riyaziyyat fakültəsində müəllim, 1994-1996 Türkiyənin İstanbul Universitetində dosent, 1996-2019-cu illərdə BDU mexanika-riyaziyyat fakültəsində dosent, 2019-ci ildən isə ADPU riyziyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.

Xəbər lenti