Logo

Hərbi Kollec tələbələrinin ailəsinə hər ay maddi yardım ödəniləcək

13.04.2024 13:20 339 baxış
IMG

Azərbaycan Müdafiə Nazirliyi, 2024–2025-ci tədris ilinə Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu davam edir.

Bu barədə "Tehsil.biz"ə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, Kollec peşəkar hərbçilərin təhsilini və hazırlığını təmin etmək üçün dərin və müasir təhsil proqramı təklif edir. Yeni təhsil ocağında hərbi mütəxəssislərə öz sahələrində praktiki məşğələlər təmin etmək məqsədilə ətraflı tədris imkanları da təqdim edilir. Tədris zamanı yeni nəsil silah və hərbi texnika modellərindən, trenajorlardan müasir standartlara cavab verən tədris komplekslərindən, laboratoriyalardan, təlim mərkəzlərindən maksimum bəhrələnməklə təlim-tədris proseslərinin səmərəli təşkil edilməsi nəticəsində qabaqcıl texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə edilməsi təmin edilir.

Təhsil müddəti boyunca Hərbi Kollecin kursantlarına aşağıdakı aylıq ödəmələr təmin edilir:

- 100 manat məbləğində təqaüd;

- 200 manat məbləğində ailə üzvlərinə maddi yardım;

- 150 manat məbləğində hesabda yığılan ödəniş.

Qəbul haqqında məlumat

Hərbi Kollec peşə sahibi olmaq istəyən bütün potensial gənclərə qapılarını açır. Qəbul qaydaları və tədris prosesi ilə bağlı ətraflı məlumat almaq üçün,  mmu.edu.az veb-saytına daxil olun və ya 0811 qısa nömrəsinə zəng edin.

Xəbər lenti