Logo

ADU-nun professoru beynəlxalq dəyirmi masada iştirak edib - FOTO

12.04.2024 17:34 241 baxış
IMG

“Россотрудничества” təşkilatının Azərbaycandakı nümayəndəliyi, AR Milli Elmlər Akademiyası, Rusiya Dövlət Humanitar Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsinin Yaxın xarici ölkələr tarixi kafedrasının təşkilatçılığı ilə AMEA-nın əsas korpusunda “Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqazda sülh və sabitlik faktoru kimi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirin açılış nitqini AMEA-nın vitse prezidenti, Ziya Bünyadov adına Şəqşünaslıq institutunun direktoru Gövhər Baxşəliyeva və “Россотрудничества” təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov və Lomonosov adına Moskva Dövlət Universitetinin akademiki Efim Pivovar ediblər.

Onlayn ve əyani formatda təşkil olunmuş tədbirdə 22 nəfər Rusiya Federasiyası və Azərbaycan Respublikasının elm və təhsil müəssisələrinin tanınmış professor və dosentləri çıxış ediblər.

Sözügedən beynəlxalq dəyirmi masada Azərbaycan Dillər Universitetini Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə təmsil edib. Professor “Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqazda regional sabitlik və təhlükəsizlik aspektində” mövzusunda çıxış edib.

Xəbər lenti