Logo

İşğaldan azad edilmiş ərazilərdəki 8 məktəbdə 800-dən çox şagird təhsil alır

12.04.2024 17:00 230 baxış
IMG

"İşğaldan azad edilmiş ərazilərdəki 8 məktəbdə 800-dən çox şagird təhsil alır".

Tehsil.biz xəbər verir ki, bunu aprelin 12-də keçirilən "3-cü beynəlxalq təcrübə əsaslı öyrənmə" konfransında çıxışı zamanı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

O bildirib ki, qarşıda duran əsas məsələlər ümumi təhsilin keyfiyyətinin artırılması, məzmunun yaxşılaşdırılması və təcrübə əsaslı öyrənmədə beynəlxalq standartlara uyğunlaşmanın təmin edilməsidir:

"Daha bir vacib məsələ müəllimlərin rifahının yaxşılaşdırılmasıdır. Son iki ildə 40 min müəllim sertifikasiyadan keçib və proses davam etdirilir. Bundan başqa, məktəblərdə internetə əlçatanlığın təmin edilməsi üçün də işlər aparılır. Hədəf məktəb üzrə hər altı uşağa bir kompüterin təmin olunmasıdır".

Xəbər lenti