Logo

Naxçıvanda startapçılar üçün müsabiqə elan edilib

12.04.2024 13:43 170 baxış
IMG

Naxçıvanda startapçılar üçün müsabiqə elan edilib.

Naxçıvan Dövlət Universitetindən "Tehsil.biz"ə verilən məlumata görə, Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “StartupFest Naxçıvan” proqramı üçün müraciətlərin qəbuluna başlayır.

Proqramın məqsədi "yaşıl enerji", kənd təsərrüfatı, təhsil, dövlət sektorunda innovasiyalar istiqamətində startapların formalaşmasına təkan vermək, eləcə də Naxçıvanda potensial təşəbbüskarlar arasında startap üzrə sahibkarlığa marağı və dəstəyi stimullaşdırmaqdır. Proqram çərçivəsində iştirakçılar üçün təlimlər və akselerasiya proqramı keçiriləcək.

Xatırladaq ki, “StartupFest Naxçıvan”in Naxçıvan Muxtar Respublikasındakı (MR) tərəfdaşı Naxçıvan Dövlət Universitetidir.

Xəbər lenti