Logo

Gənc fırça ustalarının Şahdilinə yaradıcılıq turu təşkil olunacaq

12.04.2024 11:50 182 baxış
IMG

“Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə vermək məqsədilə aprelin 14-də Azərbaycan Gənc Rəssamlar Birliyi (AGRB) və “RAN Art studio”nun təşkilatçılığı, Abşeron Milli Parkının dəstəyilə gənc fırça ustalarının Şahdilinə yaradıcılıq turu təşkil olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, “Təbiətimizi tərənnüm edirik, onu qorumaq üçün” layihəsi çərçivəsində təşkil edilən “Şah dili-dalğalar və fırçalar” adlı turda gənc rəssamlar Şahdilini ziyarət etməyi, öz fırçalarında Şahdili peyzajını yaratmağı hədəfləyirlər.

Abşeron Milli Parkından başlayan layihə Azərbaycan təbiətinin gözəlliklərini və möcüzələrini tablolara köçürmək, təbiətimizin qorunmasını təbliğ və təşviq etmək üçün digər milli parkları da əhatə edəcək.

Xəbər lenti