Logo

ABŞ-də yaşayan həmyerlimizin “Novruz bayramı” adlı kitabı işıq üzü görüb

11.04.2024 23:27 162 baxış
IMG

Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatında yaşayan soydaşımız Vəfa Quliyevanın “Novruz gəlir, yaz gəlir” - “Novruz holiday” adlı rəngləmə və tapşırıqlar kitabı nəşr olunub.

Tehsil.biz xəbər verir k,i uşaq ədəbiyyatına aid, Azərbaycan və ingilis dillərində olan bu kitab vətəndən uzaqda yaşayan uşaqlara Azərbaycanın mədəni irsini, dilini, tarixi köklərini və adət-ənənələrini əyləncəli şəkildə öyrədən vəsaitdir. Canlı illüstrasiyalar, ingilis və Azərbaycan dillərində öyrədici və əyləncəli məlumatlarla dolu olan bu vəsait oxucuları Novruzun zəngin mədəni irsi ilə tanış etmək üçün hazırlanıb. Kitabın müxtəlif səhifələrində rəngləmə, krossvord və labirint kimi bir çox öyrədici oyunlar da yer alıb.

Vəfa Quliyeva Azərbaycanda 10 ildən artıq müddətdə müxtəlif dövlət və özəl təhsil müəssisələrində müəllim olaraq fəaliyyət göstərib. Amerikaya köçdükdən sonra da müəllimlik peşəsini bir müddət davam etdirib. Hazırladığı tədris vəsaitləri həmvətənlərimizin faydalanması üçün kitab halında buraxmaq qərarına gəlib. İlk kitabı Novruz bayramına təsadüf etdiyi üçün Novruz mövzusunda olub. Bununla yanaşı “Elementar İngilis dili (“Basic English Activities”) adlı erkən inkişaf üçün tapşırıqlar kitabı da mövcuddur.

Xəbər lenti