Logo

Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının məqaləsi Qazaxıstanında nəşr olunub

11.04.2024 22:02 169 baxış
IMG

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları - şöbə rəhbəri c.ü.f.d. Qafqaz Ağabalayev, elmi işçilər Aqil Mustafayev, Aygün İsmayılova, Xəzər Bəşirov və baş laborant Elvin Qarayevin “Kiş çayının ekoturizm potensialı və Damarçın qolunda sel təhlükəli ocaqlar” adlı müştərək məqaləsi Qazaxıstanın “Endless light in science” elmi-praktiki jurnalında nəşr olunub.

Mərkəzdən "Tehsil.biz"ə verilən məlumata görə, məqalədə Şəki rayonundakı Kiş çayı və çayın qolları üzərində regionun ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar, keçmiş sel izlərinin əsasında aparılan hesablamalar, ekoloji və geoloji monitorinqlər əks olunub.

Xəbər lenti