Logo

Mədəniyyət müəssisələrinə işə qəbul üzrə müsabiqə və müsahibələr keçiriləcək

11.04.2024 20:28 207 baxış
IMG

Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən 2024-2025-ci tədris ili üçün musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən işə qəbul müsabiqə əsasında həyata keçirilir.

Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil edilir.

Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə müəllimlərin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir.

Müsabiqə və müsahibələrin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.

Xəbər lenti