Logo

Rus dilində Olimpiadanın növbəti turları keçirilib

10.04.2024 19:28 185 baxış
IMG

Rus dilində Respublika Olimpiadasının on birinci turları Sabirabad, Salyan və Lənkəranda keçirilib. Burada respublikanın Beyləqan, İmişli, Hacıqabul, Neftçala, Şirvan, Astara, Masallı, Cəlilabad rayonlarının məktəblərindən 7-9-cu sinif şagirdləri iştirak ediblər.

Tehsil.biz Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətinə istinadla xəbər verir ki, bu il Olimpiada ardıcıl 16-cı ildir keçirilir və Aleksandr Puşkinin anadan olmasının 225 və Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyinə həsr edilib.

Olimpiadanın bütün iştirakçılarına sertifikatlar təqdim olunub.

Tədbirdə Bakı Musiqi Akademiyasının məzunu Əminə Əhmədova çıxış edib.

Olimpiadanın II mərhələsi 2024-cü ilin fevral-may aylarında esse şəklində Azərbaycanın şəhər və bölgələrində rus sektorundan olan 7-9-cu sinif şagirdləri arasında keçirilir. Olimpiada çərçivəsində təşkilatçılar ölkənin ümumtəhsil müəssisələrinə səfər edərək regional turlar təşkil edirlər.

İkinci mərhələyə Bakı, Gəncə, Sumqayıt, Naxçıvan və Azərbaycanın daha 52 bölgəsindən 2400 min şagird keçməyə müvəffəq olub. İyun ayında qaliblərin, məktəb direktorlarının və fəal iştirakçıların mükafatlandırılması mərasimi keçiriləcək.

Ənənəvi olaraq, Rus dilində Olimpiada Bakıdakı Rus evi, Rusiyanın Azərbaycandakı səfirliyi, Elm və Təhsil Nazirliyi və Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən Azərbaycan Dillər Universitetinin dəstəyi ilə təşkil olunur.

Xəbər lenti