Logo

Həyat mənbəyimiz: Yaşıl canlılarımızı xilas edək

10.04.2024 18:22 331 baxış
IMG

Başı bədənsiz təsəvvür edə bilmədiyimiz kimi, dünyanı da yaşıl canlılarsız xəyala gətirmək müşkül və ağrılıdır.

Aldığımız hər nəfəsdə onların payına saysız-hesabsız ulduzların sonsuzluğu qədər vəzifə düşür. Bəli, bəhs etdiyim canlılardan biri də ağaclardır. Onlar bizə təkcə oksigen dolu hava verməklə kifayətlənmir, hisslərimizi anlamaq üçün kağız, evimizə istilik bəxş edən odun, hüzuru yaşadan ev olur. Əlifbada A-dan Z-yə hərfləri saysaq, tez bitər, amma rəqəmləri saymaqla bitməyən ağacların bəşəriyyətə yaxşılıqları qədər onlara nə verə bilmişik, yaxud da veririk?

Atalarımız yaxşı deyib ki, baş daşa dəyəndən sonra düzələr. Qloballaşma adı altında dünyanı zərərdən qorumağa çalışırıq. Amma daha bilmirik ki, təbiətə ən böyük zərəri vuran insanın öz əlidir. Bu məqamda məmnuniyyət hiss etdiyim nüansa toxunmaq istəyirəm. Baş daşa dəyməmiş səhv yolu hamarlaşdırıb - düzləşdirən ağıllı insanların fəaliyyətlərindən danışmaq, səhv yolda başı daşa dəyən insanlara örnək olmaq istərdim. Məqaləmi elmi terminlərlə yazıb, güllü-çiçəkli etmək mənim üçün gözüyumlu bacarıqdır. Amma xalq dilində yazmağı özümə borc bilirəm. Mənim üçün sevindirici hallardan biridə yurdumu - Azərbaycanımın günü-gündən təhsil, iqtisadiyyat və texnologiya kimi sahələrdə inkişaf etməsidir.

Bu mənada günümüzün aktual mövuzlarından biri COP29( İqlim Dəyişikliyi Konfransının) Azərbaycanda keçirilməsi də olduqca vacib və sabah üçün əhəmiyyətlidir. Ölkəyə gələcək qonaqların nəzərdən tutulan saydan 100 mini keçməsi böyük uğurdur. Deməli, səhv yolu düzləşdirib, hamarlayan insanların sayı düşüncələrimdən artıq imiş. Xüsusilə, Azərbaycan gəncləri üçün COP29 simulyasiyanın Azərbaycan Universtetində təşkil olunması məni göyün 7-ci qatına qaldırdı. Təsadüflərə inanmıram, amma bu hadisəyə möcüzə deyəcəyəm. Martın 7-si ilə göyün 7-ci qatında hiss etməyim mənə görə möcüzə idi və təsadüfi olmayan məkan koordinatlarının Azərbaycan Universitetində COP29 simulyasının həyata keçirilməsi fərqli ixtisasdan olan gənclərlə tanışlığıma səbəb oldu. Ümumiyyətlə, həyatımda yeni insanlarla tanışlığa çox önəm verirəm. Çünki həmin insanlar məqsədimə çatmaq üçün bir açar rolunu oynayırlar. İlk gündə COP29-un  rəhbərləri Xanım Quliyeva və Elvin Taliskiy  konfransın dünya üçün əhəmiyyəti, görüşəcəyimiz seçici təlimçilər və keçiriləcək seminarların planlı gedişatından bəhs edildi. Simulyasiyada tələbələr fərqli ölkələri, mən  BBC və həmkarım jurnalist Elmir Heydərli isə AzTv kanalını təmsil edirdi. Təlimlər peşəkar mütəxəssislər - istedadlı jurnalistlər, ictimai birliklərin sədrləri, sonda  professor və fəlsəfə doktorları Əli-Ağa İsmayılzadə, Vüqar Bağırlı, Şolpan Yesimova, Samir Novruzov, Zaman Bajva  və Fuad Hüseynzadə və s. rəhbərlik etmişdirlər. Təlimlərdə tələbələrə COP29-un vacibliyi, cəmiyyətin ekoloji problemlərinin həlli və daha da inkişaf etməsi üçün təşkil olunacaq tədbirlərindən müzakirə başlanmışdır. Müzakirəli seminarlar düzgün sual verib, cavab tapmaq, araşdırma qabiliyəti, düşündürücü ideyaları dilə gətirmək, əsaslı dəlillərin ortaya qoyulması, gənclərin özünü kəşf etməsi və özlərini ifadə edə bilməsi baxımından qızıldan da dəyərli idi.

Yolçu yolunda olduğu kimi mən də  addımladığım öz yolumda əminəm ki, yollar çiçəklənəcək. Çünki Azərbaycanda hər gün toxumlar qönçəyə, qönçələr çiçəklərə, çiçəklər isə öz növbəsində cənnətə çevrilir.

Tərlanə Abdullayeva,

BDU Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti