Logo

CBC telekanalının 11 yaşı tamam olur

10.04.2024 17:50 224 baxış
IMG

Azərbaycanın ilk beynəlxalq televiziya kanalı olan CBC (Caspian Broadcasting Company) telekanalının yarandığı gündür.

Tehsil.biz xəbər verir ki, telekanalın 11 yaşı tamam olur.

CBC 2013-cü il aprelin 10-da peyk vasitəsilə yayıma başlayıb.

Rus dilində 24 saat fasiləsiz yayımlanan televiziya kanalı ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə tamaşaçılara çatdırır.

Telekanaldan əlavə, 2021-ci ilin may ayından etibarən Azərbaycanın Qarabağ bölgəsində ilk regional radio kanalı olan CBC FM Azərbaycan, rus və erməni dilində fəaliyyət göstərir.

Xəbər lenti