Logo

MDU müəllimlərinin məktəblilərə mühazirələri davam edir - FOTO

10.04.2024 12:48 172 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi (DİRİTM) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbdə şagirdlərlə növbəti maarifləndirici görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Bildirilib ki, görüşdə MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, məktəbin müəllim və şagirdləri iştirak edib.

Giriş sözü ilə çıxış edən MDU-nun DİRİTM-in mütəxəssisi Aytən Musayeva 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” kimi elan edilməsinin əhəmiyyətindən, bu mötəbər addımın təbiətin qorunması, ekoloji tarazlığın saxlanılması kimi məsələlərdə ölkəmizin dünyaya çağırış etməsi, Mingəçevir şəhərində və MDU-da bu il çərçivəsində görülən işlər barədə məlumat verib.

Daha sonra MDU-nun müəllimlərinin məruzələri dinlənilib. Leyla Əhmədova “Ozon təbəqəsi, səhralaşma, meşə yanğınları” və Gülmirə Məmmədova “Bərk məişət tullantılarının idarə olunması” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb və bütün suallar cavablandırılıb.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevirdə müxtəlif tədbirlər həyata keçirilir.

Xəbər lenti