Logo

GDU-nun tələbələri istehsalat təcrübəsində iştirak edirlər - FOTO

09.04.2024 20:09 170 baxış
IMG

2023/2024-cü tədris ilində Gəncə Dövlət Universitetinin buraxılış kurs tələbələrinin pedaqoji internatura və istehsalat təcrübəsi davam edir.

Tehsil.biz xəbər verir ki, Gəncə Dövlət Universiteti ilə Gəncə şəhərində yerləşən müəssisələr arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi əsasında Filologiya fakültəsinin “Filologiya” ixtisasının IV kurs tələbələri Mir Cəlal Paşayev adına ev-muzeyi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, İsrafil Məmmədovun ev-muzeyi və digər tarixi məkanlarda istehsalat təcrübəsində iştirak edirlər.

Azərbaycan dili kafedrası və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının rəhbər müəllimlərinin də iştirak etdiyi istehsalat təcrübəsində tələbələr muzey eksponatları və sərgilənən kitablar əsasında ixtisaslarına uyğun məlumatlar əldə edirlər.

Təcrübədə rəhbər müəllimlər tərəfindən tələbələri maraqlandıran suallar ətraflı cavablandırılır.

Xəbər lenti