Logo

“Telegram”da ovuc izi ilə şəxsiyyətin müəyyən edilməsi funksiyası olacaq

09.04.2024 16:57 151 baxış
IMG

“Telegram” sosial platformasının istifadəçiləri sadə ovuc skanından istifadə etməklə öz şəxsiyyətlərini təsdiq edə biləcəklər. 

Tehsil.biz Rusiya mediasına istinadlən xəbər verir ki, bu təşəbbüsün bir hissəsi olaraq, “TON Society” proqramda iştirak etmək istəyən istifadəçilər üçün mükafat olaraq 1 milyon Toncoin (təxminən 6,5 milyon dollar) ayırıb.

“HumanCode” texnologiyası xüsusi avadanlığa ehtiyac olmadan smartfondan istifadə edən real şəxsin statusunu təsdiqləməyi asanlaşdıracaq.

Layihənin məqsədi növbəti beş il ərzində “Telegram” kanalının 500 milyon istifadəçisini təhlükəsiz rəqəmsal şəxsiyyətlə təmin etməkdir. Bu texnologiya “Airdrop” (pulsuz kriptovalyuta transferi) və ya tranzaksiya təhlili kimi əməliyyatlarda kimliyin yoxlanılması baxımından faydalı olacaq.

Xəbər lenti