Logo

Macarıstan məktəblərin açılmasına hazırlaşır

09.04.2021 20:21 405 baxış
IMG

Macarıstanda ibtidai və orta təhsil müəssisələrinin və gimnaziyaların müəllimlərinin vaksinasiyası davam edir.

 

Tehsil.biz AZƏRTAC-a istinadən bildirir ki, ölkə hökumətinin təsdiq etdiyi plana əsasən, təqribən 160 min məktəb müəllimi artıq bu istirahət günlərinə qədər koronavirusa qarşı ilk peyvəndi alacaqlar. Daha bir həftədən sonra isə məktəblər qapılarını şagirdlərin üzünə yenidən açacaqlar. Lakin ölkənin təhsil sahəsi işçilərinin Həmkarlar İttifaqları hesab edir ki, bu, onların iş yerlərini COVID-19-un yayılma ocaqlarına çevirə bilər və pandemiyanın növbəti, dördüncü dalğasına səbəb ola bilər.

 

Lokdaun günlərində müəllimlərin yükü bir neçə dəfə artıb. Buna baxmayaraq, macar müəllimlərinin təxminən üçdə ikisi uşaqların gələcək təliminin rəqəmsal formatda həyata keçirilməsinə ehtiyac duyur.

Xəbər lenti