Logo

"Yüksəliş" müsabiqəsinə müraciət edənlərin ballar üzrə nisbəti AÇIQLANDI

09.04.2024 12:54 187 baxış
IMG

"Yüksəliş" müsabiqəsinə müraciət edənlərin ballar üzrə nisbəti açıqlanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, müsabiqəyə müraciət edənlərin 50 %-dən çoxu 400-dən yuxarı bal toplayan şəxslərdir:

"Dördüncü "Yüksəliş" müsabiqəsinə müraciət edən namizədlərin 3062 nəfəri 300-dən aşağı balla universitetlərə qəbul olub. 301-400 bal arası toplayanların sayı 3405 nəfər, 401-500 bal toplayanlar 3599 nəfər, 501-600 bal toplayanlar 3217 nəfər, 601-700 bal toplayanlar isə 1802 nəfərdir".

Kənan Nağıbəyli

Xəbər lenti