Logo

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru işdən azad edilib

08.04.2024 09:39 235 baxış
IMG

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Tovuz Dövlət Sosial-İqtisadi Kollecində monitorinq aparıb.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb.

Nəticədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 2024-cü il 4 aprel tarixli əmri ilə kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Xəbər lenti