Logo

“Technest” Təqaüd Proqramının rəhbərliyi ADAU tələbələri ilə görüşüb - FOTO

07.04.2024 14:26 124 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Technest” Təqaüd Proqramı rəhbərliyinin Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüşü keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

Görüşdə məlumat verilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi “Technest” Təqaüd Proqramı çərçivəsində Techcamp Tədris Mərkəzi yeni dalğada Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə dərslərə davam edəcək. Proqramlaşdırmanın müxtəlif kateqoriyaları üzrə ödənişsiz şəkildə təşkil olunacaq. Tədrisin sonunda tələbələr rəsmi Technest sertifikatı ilə təmin olunacaqlar. Təqaüd proqramına qoşulmaq üçün https://technest.idda.az/az/new-appeal sayta keçid edərək Gəncə-Daşkəsən iqtisadi rayonu bölməsindən qeydiyyatdan keçmək lazımdır. Bunun üçün sizdən şəxsiyyət vəsiqənizin şəkli və həmçinin CV əlavə etməyiniz tələb olunur.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti