Logo

GDU-nun 6 əməkdaşı “Böyük Zəfər” xatirə medalı ilə təltif olunub - FOTO

07.04.2024 11:27 145 baxış
IMG

Birinci Qarabağ müharibəsinin veteranı olan Gəncə Dövlət Universitetinin (GDU) 6 əməkdaşı - Fikrət Hüseynov, Hüseyn Bəxtiyarlı, Zəfər Abbasov, Bəhman Kazımov, Gəncəli Tağıyev və Telman Quliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən “Böyük Zəfər” xatirə medalı ilə təltif olunublar.

Tehsil.biz xəbər verir ki, təltif olunan əməkdaşlara medal və vəsiqələrin təqdim edilməsi ilə bağlı Gəncə Dövlət Universitetində tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bildirib ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə yüksək diqqət və qayğı göstərir. Onların sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Ölkəmizdə fəaliyyət göstərən ictimai təşkilatlar, o cümlədən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi də dövlətin bu missiyasını hər zaman dəstəkləyir, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına xüsusi qayğı ilə yanaşır.

Tədbirdə GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Botanika kafedrasının müdiri Vaqif Novruzov, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova, Kimya fakültəsinin kafedra müdiri Aynur Məmmədova çıxış edərək respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə “Böyük Zəfər” xatirə medalına layiq görülən əməkdaşları təbrik ediblər.

Sonra medalların təqdimatı olub. Birinci Qarabağ müharibəsinin veteranları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti