Logo

Slovakiyada qısamüddətli təcrübə proqramı təşkil olunacaq

06.04.2024 16:53 193 baxış
IMG

Slovakiya Milli Təqaüd Proqramı çərçivəsində 2024-2025-ci tədris ili üzrə Slovakiya Respublikasının ali təhsil və tədqiqat müəssisələrində qısamüddətli təcrübə proqramı təşkil olunacaq.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, proqrama magistratura və doktorantura tələbələri, həmçinin universitet müəllimləri, tədqiqatçılar və incəsənət fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edə bilərlər.

Qeyd edək ki, Milli Təqaüd Proqramı Slovakiya Respublikasının Təhsil, Elm, Tədqiqat və İdman Nazirliyi tərəfindən maliyyələşdirilir.

Proqrama müraciətlər aprelin 30-dək davam edəcək. Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Xəbər lenti