Logo

“Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək

06.04.2024 11:23 129 baxış
IMG

Aprelin 29-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyi və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Konfransın materiallarının toplu halında çapı nəzərdə tutulur. Məruzələr “Akademik Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri”, “Yaşıl dünya naminə”, “Klassik ədəbiyyatda təbiət motivləri” kimi istiqamətlərdə ola bilər. Məruzələrin tam mətni 5 səhifəni keçməməlidir.

Təşkilat komitəsinin məruzə mətnini qəbul edib-etməmək hüququ var. Elmi dərəcəsi olmayan müəlliflər məruzə ilə bağlı mütəxəssis rəyi təqdim etməlidirlər.

Daha ətraflı məlumatla AMEA-nın saytında tanış olmaq mümkündür.

Xəbər lenti