Logo

Dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək namizədlərin NƏZƏRİNƏ

05.04.2024 18:08 246 baxış
IMG

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun olan vəzifələr üzrə aprelin 14-də test imtahanı verəcək şəxslər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Xəbər lenti