Logo

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahana qeydiyyat başlanıb

05.04.2024 15:14 213 baxış
IMG

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə mayın 12-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Tehsil.biz"ə bildirilib ki, imtahan vermək istəyən dövlət qulluqçularının DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. Müvafiq hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə kompüter, BB qrupu üzrə isə imtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə mayın 12-də keçiriləcək. İmtahanlar saat 11:00-da başlanacaq.

Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı DİM-in internet portalında BB qrupu üzrə aprelin 30-u saat 11:00-dək, AB, AC, BA qrupları üzrə isə mayın 8-i saat 11:00-dək həyata keçiriləcək.

Xatırladaq ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanında aşağıdakı kateqoriyalara aid şəxslər iştirak edə bilərlər:

- Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq;

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (2016-cı il avqustun 10-dək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifəyə iddia edən dövlət qulluqçuları.

Xəbər lenti