Logo

“Apple” servislərinin işində nasazlıq yaranıb

04.04.2024 09:39 140 baxış
IMG

“Apple”a məxsus bəzi xidmətlərin və “App Store” və “Apple Music”in fəaliyyətində problem yaranıb. 

Tehsil.biz xəbər verir ki, bu barədə şirkətin saytı məlumat yayıb.

Bildirilib ki, “Apple Arcade”, “Apple Books”, “Apple Fitness+”, “Apple Sports”, “Apple TV+”, “Podcasts” və digərlər proqramların fəaliyyətində məhdudiyyətlər var. Sonra şirkət xidmətlərin tamamilə bərpa olunduğunu açıqlasa da, problemlər hələ də qalmaqdadır.

Nasazlığın nədən yarandığı barədə məlumat verilməyib.

Xəbər lenti