Logo

BMU-da "Pedaqoji təcrübədə sənədləşmə işi" mövzusunda təlim keçiriləcək

09.04.2021 13:48 417 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin və Pedaqoji Fakültənin ortaq təşkilatçılığı ilə növbəti təlim keçiriləcək.

 

"Pedaqoji təcrübədə sənədləşmə işi" mövzusunda baş tutacaq təlim Pedaqoji fakültənin tələbələri üçün nəzərdə tutulub.

 

10 aprel 2021-ci il tarixində saat 14:00-da başlayacaq onlayn təlim BMU-nun Pedaqogika kafedrasının baş müəllimi, İlhamə Sultanova tərəfindən aparılacaq.

 

Qeyd edək ki, Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi semestr ərzində universitetin əməkdaşları, müəllimləri və tələbələri üçün müxtəlif mövzularda silsilə təlimlər təşkil edir.

Xəbər lenti