Logo

Goranboyda şagirdlər biri-birinə xəsarət yetirib

03.04.2024 15:54 181 baxış
IMG

“Aprelin 3-də Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident (şagirdlərin biri-birinə xəsarət yetirməsi) yaranıb”.

Tehsil.biz xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama yayıb.

“Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsindədirlər. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə idarədən bildirilib.

Xəbər lenti