Logo

Ramazanın iyirmi dördüncü gününün duası, iftar və imsak saatları

02.04.2024 22:08 137 baxış
IMG

Sabah Ramazan ayının 24-cü günüdür.

Tehsil.biz xəbər verir ki, sabah imsak vaxtı saat 04:53, iftar isə 19:22-dədir.

İmsak duası:

“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.

Tərcüməsi:

“İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Xəbər lenti