Logo

Mart ayında 20 min nəfər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət edib

02.04.2024 20:27 137 baxış
IMG

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə mart ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, mart ayında ümumilikdə 19 min 996 müraciət daxil olub.

Hər bir müraciətə fərdi qaydada yanaşılıb, sorğuların qanunvericiliyə uyğun formada həlli üçün müvafiq addımlar atılıb.

Müraciətlərin 11 min 765-i Çağrı Mərkəzi, 4 min 683-ü elektron poçt ünvanına gəlib. 1050 sənəd qəbul edilib, 2 min 498 vətəndaş isə qəbulda iştirak edib.

Xəbər lenti