Logo

Elm və Təhsil Nazirliyinə on beş gün ərzində 11 mindən çox vətəndaş müraciəti daxil olub

02.04.2024 09:58 123 baxış
IMG

Martın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 11 829 vətəndaş müraciəti daxil olub.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, müraciətlərin 7 639-u çağrı mərkəzləri, 347-si sosial media, 1 418-i vatsap vasitəsilə, 661-i elektron, 372-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 1 392 müraciət qeydə alınıb.

Müraciətlər birinci sinfə qəbul, texniki işçi heyətin işlə təmin olunması, müəllimlərin yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulu, xarici diplomların təsdiqi və digər məsələlərlə bağlı olub.

Xəbər lenti