Logo

Bakıda Belarus Mədəniyyəti Günləri başlayıb

01.04.2024 22:48 170 baxış
IMG

Azərbaycanda Belarus Mədəniyyəti Günlərinə start verilib.

Tehsil.biz xəbər verir ki, Mədəniyyət Günləri çərçivəsində Bakıda Belarus kinosu günləri də keçiriləcək.

Filmlər aprelin 1-dən 3-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Azərbaycan tamaşaçıları “Digər sahildə” tarixi dramını, “Kinoçular” komediyasını və bir sıra digər sənədli filmləri seyr edəcəklər.

Aprelin 2-də “Belarus rəssamların gözü ilə” sərgisinin, həmçinin Mədəniyyət Günlərinin açılışına həsr olunmuş qala-konsertin keçiriləcəyi gözlənilir.

Xəbər lenti