Logo

UNEC-də Orhun Mübadilə Proqramına qəbul başlayır

01.04.2024 22:22 310 baxış
IMG

2024/2025-ci tədris ili üzrə Orhun Mübadilə Proqramına müəllim-professor heyətinin qəbulu başlayır.

Tehsil.biz xəbər verir ki, ORHUN mübadilə proqramı çərçivəsində UNEC müəllimləri, 2024/2025-ci tədris ilində Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan universitetlərindən birində mübadilədə iştirak edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən, müəllimlərin yol xərcləri UNEC tərəfindən, qonaqlama xərcləri isə xarici universitet tərəfindən qarşılanacaqdır.

Seçiləcək müəllim sayı: 5 nəfər

Universitetlər haqqında məlumat

Müəllim müraciət forması

Tələb olunan sənədlər:

Müəllim anketi (burada seçilən universitetin (yalnız 1 universitet) adı qeyd olunmalıdır)

- CV

- Pasport

Son müraciət tarixi: 15 aprel, 2024-cü il.

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində [email protected] elektron poçt ünvanına təqdim olunmalıdır. Elektron məktubu göndərərkən başlıq hissəsində «Orhun proqramı» qeyd olunmalıdır.

Xəbər lenti