Logo

“Yüksəliş” müsabiqəsində yenidən iştirak edəcək namizədlərin sayı açıqlanıb

01.04.2024 15:11 112 baxış
IMG

Dördüncü “Yüksəliş” müsabiqəsində iştirak üçün öncəki müsabiqə iştirakçılarından 9 min 278 nəfəri təkrar qeydiyyatdan keçib.

Bu barədə "Tehsil.biz"ə “Yüksəliş” müsabiqəsinin İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, ümumilikdə 15 min 877 şəxs Dördüncü “Yüksəliş” müsabiqəsində iştirak üçün qeydiyyat mərhələsini uğurla tamamlayıb.

Hazırda müsabiqənin işçi qrupu qeydiyyatdan keçən şəxslərin qeydiyyat zamanı daxil etdikləri məlumatların yoxlanılmasını həyata keçirir.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Xəbər lenti