Logo

BDU-nun tələbəsi – Azad olunmuş ərazilərdə çoxşaxəli layihələr

09.04.2021 11:57 90 baxış
IMG

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etdikcə xüsusən, iqtisadi inkişaf diqqət mərkəzinə gəlib. Ölkəmiz həyata keçirilən düşünülmüş siyasət nəticəsində getdikcə daha da qüdrətlənən bir ölkəyə çevrilib. Qarabağı “yaşıl enerji“ zonasına çevirmək, təbii resurslarından – faydalı qazıntılar, su və meşə resurslarından səmərəli istifadə etmək, regionda aparılan bərpa-quruculuq işlərində prioritet istiqamətlərdən biridir. Füsunkar landşaftı olan Şuşa şəhərində, Kəlbəcərdə, Laçında turizm potensialı yüksəkdir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarasının Füzuli rayonu ərazisində yerləşməsi də ölkə turizminin inkişafında əhəmiyyətli rol oynayacaqdır. İşğaldan azad edilmiş ərazilərimizdə meşə, su və torpaq resursları aqrar sahə, emal sənayesi və turizmin inkişafı üçün böyük imkanlar yaradır. Qarabağın təbii resursları regionda kənd təsərrüfatının inkişafına geniş imkanlar yaradacaqdır. Əsasən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaqdır.

 

Yuxarı Qarabağ və işğaldan azad edilən digər rayon və şəhərlər xarici turistlərin gəlməsi baxımından əlverişlidir. Kəlbəcər-Laçın zonasında külək elektrik stansiyalarının tikilməsi uyğundur,çünki, orada güclü külək olur və Zəngilan-Cəbrayıl zonasında isə günəş elektrik stansiyalarının tikilməsi əlverişlidir, ona görə ki, orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir.

 

İşğaldan azad edilmiş torpaqların iqtisadi potensialı geniş və çoxşaxəlidir. Bu torpaqlar üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün olduqca yararlıdır. Füzuli, Ağdam rayonları işğaldan əvvəlki dövrlərdə pambıq, taxıl, üzüm istehsalına görə ölkədə aparıcı rayonlar sırasında idilər. Cəbrayıl, Zəngilan, Qubadlı rayonları da üzümçülükdə fərqlənirdi. Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda heyvandarlıq geniş inkişaf etmişdir. Göründüyü kimi, işğaldan azad edilən ərazilərimizi təbii imkanları, kənd təsərrüfatı potensialı bölgədə iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yarada bilər. Qarabağ ərazisi bərpa olunan enerji resursları ilə də zəngindir.

 

Beləliklə, Azərbaycan iqtisadi üstünlüyünü hərbi gücə və düşmən üzərində üstünlüyə çevirməyi bacarıb. Azərbaycanın Cənubi Qafqazda gücün bütün parametrləri– iqtisadi, siyasi və hərbi cəhətdən önə çıxması regionun geopolitakisını və geoiqtisadiyyatını yenidən şəkilləndirir. Ermənistan işğalından azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və quruluculuq layihələri ölkəmizin yaxın illərdəki sosial-iqtisadi inkişafına böyük təkan verəcəkdir. Sözsüz ki , həmin layihələrə həm dövlət, həm də özəl sahibkarlar tərəfindən milyardlar dəyərində sərmayə yatırılmalıdır.

 

İşğaldan azad edilən ərazilərin bərpası üçün ölkəmizdə Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb ki, onun da missiyası aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün şəraitin yaradılmasını təmin etməkdi. 2020-ci ildən etibarən Azərbaycan ordusunun düşmən tapdağından azad etdiyi ərazilərin də uyğun qaydada bərpası həyata keçiriləcək. İlk növbədə azad olunmuş ərazilərin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, daha sonra kommunikasiyalar qurulur və nəhayət yaşayış və istehsal təmin edilir.

 

Vətən müharibəsində əldə edilən qələbədən sonra regionda yaranan yeni reallıqlara uyğun olaraq, Böyük Qayıdışla bağlı bütün işlərə start verilib. Qarabağda həyata keçirilən layihələr Cənubi Qafqazda sülh və təhlükəsizlik, iqtisadi inkişaf, davamlı investisiyalar, sosial rifah və dayanıqlı sabitlik üçün geniş imkanlar yaradır. Xüsusilə qeyd etmək lazımdır ki, bu istiqamətdə Azərbaycanın vətənpərvər gəncliyi də öz səylərini birləşdirəcək və böyük qayıdışa öz töhfələrini verəcəklər

 

Nejdən Əliməmmədova,

BDU-nun Mexanika-riyaziyyat fakültəsinin tələbəsi

Xəbər lenti