Logo

MEK “İnformasiya bülleteni”nin “Heydər Əliyev İli”nə həsr olunmuş xüsusi buraxılışını təqdim edir

01.04.2024 10:03 138 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “İnformasiya bülleteni”nin “Heydər Əliyev İli”nə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb.

Bu barədə "Tehsil.biz"ə MEK-dən məlumat verilib.

“İnformasiya bülleteni”nin bu nömrəsində Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezdentinin Sərəncamından irəli gələn məsələlərlə bağlı Mərkəzi Elmi Kitabxanada görülən işlər öz əksini tapıb.

Xüsusi buraxılışda Mərkəzi Elmi Kitabxanada təşkil edilmiş konfranslar (“İnformasiya cəmiyyətində mədəni-tarixi irsin qorunması və ötürülməsində kitabxanaların rolu” (respublika), “Multikultural cəmiyyətdə kitabxanaların rolu” (beynəlxalq), yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans (“VI Beynəlxalq Ankara multidisiplinar elmi araşdırmalar konfransı”, “Gəncə tarixinin aktual problemləri”, “Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri” və s.) simpozium, dəyirmi masa və seminarlarda MEK əməkdaşlarının iştirakı, yerli və xarici mediada dərc edilmiş müsahibə və məqalələr (“Ümummilli Lider Heydər Əliyevi təbliğ edən fəaliyyətimiz davam edir”, “Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri”, “Heydər Əliyev irsinin kitabxanalarda tədqiqi və təbliği” və s.), lektoriyalar (“Heydər Əliyev və kitab mədəniyyəti”, “Ulu Öndər Heydər Əliyevin hərb siyasətinin zəfəri”), tədbirlər (“Böyük xilaskarlıq qayıdışı”, YAP Yasamal rayon təşkilatı ilə MEK-in birgə tədbiri), kitab təqdimatları (“Heydər Əliyev:Xalqa həsr olunmuş ömür”, “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)”, “Millətin atası”), ənənəvi və virtual sərgilər (YAP Yasamal rayon təşkilatının yaranmasının 30 illik yubileyi münasibətilə, Ədliyyə Nazirliyində Ulu Öndər Heydər Əliyev irsini əks etdirən kitab sərgisi, “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinə cari il ərzində daxil olan ədəbiyyat”, “Gəncliyimiz gələcəyimizdir” və s.) yer alıb.

Həmçinin “İnformasiya bülleteni”ndə “Heydər Əliyev İli” çərçivəsində Mərkəzi Elmi Kitabxana tərəfindən çap edilmiş kitabların (“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinə dair normativ-hüquqi sənədlər”, “Heydər Əliyev irsinin kitabxanalarda tədqiqi və təbliği”, “Görkəmli dövlət xadimi: Heydər Əliyev biblioqrafiya”), hazırlanan illik təqvimin, audiokitabın (“Ümummilli Lider Heydər Əliyev: müdrik kəlamlar”), Vikipediyada tərtib olunan 100 məqalə və rəqəmsallaşdırılan nəşrlərin siyahısı göstərilib.

Qeyd edək ki, nəşrin elmi redaktoru MEK-in direktoru, professor Məmməd Əliyev, məsul redaktor MEK-in elmi katibi Şəbnəm Rüstəmova, tərtibçiləri kitabxananın Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova - Hüseynova, İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovadır.

Xəbər lenti