Logo

VIII qrant müsabiqəsinə sənəd qəbulu başa çatır

01.04.2024 09:52 145 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu bu gün başa çatır.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.

Layihə sənədlərinin qəbulu www.grants.edu.az saytı üzərindən həyata keçirilir.

Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz:

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi

Xəbər lenti