Logo

Ramazanın iyirmi ikinci gününün duası, iftar və imsak saatları

31.03.2024 20:50 127 baxış
IMG

Sabah Ramazan ayının 22-ci günüdür. 

Tehsil.biz xəbər verir ki, sabah imsak vaxtı saat 04:56, iftar isə 19:20-dədir.

İmsak duası:

“Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin”.

Tərcüməsi:

“İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Xəbər lenti