Logo

Gəncədə türkiyəli tələbələr arasında dava olub, xəsarət alan var

30.03.2024 12:44 156 baxış
IMG

Gəncədə iki Türkiyə vətəndaşı arasında dava olub.

Tehsil.biz xəbər verir ki, Bayer Kaan Ərmağan oğlu ilə Ağır Hüseyn Harun oğlu arasında yaranmış münaqişə zamanı ikinci baş nahiyəsindən xəsarət alıb.

Məlumata görə, hər iki şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin birinci kurs tələbəsidir.

Xəsarət alan tələbə xəstəxanaya yerləşdirilib və ona yardım edilib. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti