Logo

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

29.03.2024 10:21 94 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsində Rəyasət Heyəti növbəti dəfə toplanıb.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə Naxçıvan bölməsinin sədri akademik İsmayıl Hacıyev iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

Gündəlikdəki ilk məsələ martın 30-da keçiriləcək “Naxçıvan Muxtar Respublikasının yaradılması: tarix və müasirlik” respublika elmi konfransına hazırlıqla bağlı olub. Hazırlığın vəziyyəti barədə məlumat verən bölmə sədri müvafiq tapşırıqlar verib.

Daha sonra bölmənin elmi katibi Rəşad Zülfüqarov Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamının icrası ilə bağlı AMEA Rəyasət Heyətinin təsdiq etdiyi Tədbirlər planı və Naxçıvan bölməsinin qarşısında duran vəzifələr barədə məlumat verib.

Rəyasət Heyəti, həmçinin AMEA Naxçıvan bölməsi əməkdaşlarının mediada Naxçıvan Muxtar Respublikası, Qərbi Azərbaycan və Zəngəzurla bağlı məqalələrin dərc edilməsinə diqqətin artırılması, Naxçıvan Muxtar Respublikası ərazisində etnoqrafik, epiqrafik, dialektoloji, onomastik, folklor materiallarının toplanılması və öyrənilməsi üçün elmi ekspedisiyaların təşkili və keçirilməsi və başqa məsələləri müzakirə edib.

Gündəlikdəki cari məsələlərin müzakirəsindən sonra iclasa yekun vurulub.

Xəbər lenti