Logo

“Ulu öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında - VİDEO

28.03.2024 21:59 100 baxış
IMG

İsraildə yaşayan həmyerlimiz, “Kanal 24”ün rəhbəri, Beynəlxalq Azİz təşkilatının vitse-prezidenti, Dona Qrasiya Diplomatiya Mərkəzinin rəhbəri Səadət Şükürovanın müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ərsəyə gətirdiyi “Ulu Öndər və Yəhudilər” sənədli filmi beynəlxalq arenada ölkəmizi tanıtmağa davam edir.

Tehsil.biz xəbər verir ki, sənədli film Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Səadət Şükürovanın ideya müəllifliyi və rejissorluğu ilə çəkilib. Filmdə Azərbaycanla İsrail arasında dostluq və strateji münasibətlərin qurulmasında Heydər Əliyevin rolundan, eyni zamanda Ulu Öndərin müasir Azərbaycan dövlətini formalaşdırarkən multikulturalizm və tolerantlıq siyasətini əsas meyarlardan biri olaraq seçməsindən, Azərbaycan ərazisində məskunlaşmış bütün xalqlara olduğu kimi‚ yəhudilərə də hörmət və ehtiramın göstərilməsindən bəhs edilib.

İsrailin mətbuat saytlarında və sosial platformalarında yayımlanan və müsəlman-yəhudi dostluğuna ən yaxşı nümunə ola biləcək film 3 dildə - Azərbaycan, ingilis və ivrit dilində tamaşçılara təqdim edilib və böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Səadət Şükürova İsrail-Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsindəki və iki xalq arasında mədəni əlaqələrin inkişafındakı xidmətləri yüksək qiymətləndirilərək "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif olunub.

Xəbər lenti