Logo

BMU tələbələri üçün “IT Project Managment” kursuna qeydiyyat başlayıb

28.03.2024 21:27 176 baxış
IMG

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” təqaüd proqramı çərçivəsində Bakı Mühəndislik Universitetinin (BMU) II və III kurs bakalavr tələbələri üçün tam təqaüdlü kurs təşkil ediləcək.

Tehsil.biz xəbər verir ki, “IT Project Managment” adlı kurs “Yeni Fikir” MMC tərəfindən icra olunacaq.

Təqaüd proqramını qazanacaq tələblərin cari dərsləri də nəzərə alınacaq və müəyyən ediləcək ortaq cədvəl əsasında kurslar təşkil ediləcək.

Kurs zamanı tələbələrin qeyd olunan sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə yanaşı, startap qabiliyyətlərinin inkişaf etdirilməsi də nəzərdə tutulur. Perspektivli startaplar BMU Texnoparkında inkubasiya xidmətləri ilə dəstəklənəcək.

Proqrama seçim prosesi müvafiq link üzərindən qeydiyyatdan (https://technest.idda.az/az) keçməklə, imtahan və müsahibə əsasında aparılacaq.

Müraciət üçün son tarix: 06 aprel 2024, saat 23:59

Məlumat üçün onu da bildirək ki, qeydiyyatı tamamlamaq üçün yuxarıdakı linkə daxil olduqdan sonra şəxsi məlumatlarla bağlı müvafiq xanalar doldurulur, “Təqaüd proqramına qoşulacağınız məkanı seçin” bölməsində “Bakı”, ardınca “İstiqamətinizi seçin” bölməsində “IT layihə idarə olunması” seçilir. Daha sonra “Aktiv təqaüd proqramlarından birini seçin” bölməsində “IT Project Management (Startup Skills) (Yeni Fikir)” seçilir və növbəti məlumatlar müvafiq formada daxil edilməklə müraciət tamamlanır.

Xəbər lenti