Logo

İki ali məktəbə prorektor təyin edilib

28.03.2024 19:20 160 baxış
IMG

Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinə prorektor vəzifəsinə yeni təyinatlar olub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə verilən məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Könül Abaslı Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə və Şahmar Umud oğlu Həsənov Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunublar.

Xəbər lenti