Logo

ADPU-nun Elmi şurasının xüsusi iclası keçirilib

28.03.2024 11:36 169 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının Elm Gününə həsr olunmuş xüsusi iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Əvvəlcə ADPU əməkdaşlarının elmi araşdırmalarının nəticələrinin əks olunduğu kitab sərgisi ilə tanışlıq olub.

ADPU-nun rektoru professor Cəfər Cəfərov iclası giriş sözü ilə açdıqdan sonra universitetin prorektoru professor Asəf Zamanov “ADPU-nun 2023-cü il ərzində elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabat”ı təqdim edib. Hesabatda Pedaqoji Universitetdə elmi-təşkilati sahədə görülən işlər, əldə olunan uğurlar, əməkdaşların elmi-tədqiqat nəticələrinin praktik tətbiqi və beynəlxalq elmmetrik bazalarda əks olunması məsələlərinə toxunulub.

Elmi şurada magistr dissertasiya işlərinin mövzuları və elmi rəhbərlərin təsdiqi, “İlin gənc alimi və tədqiqatçısı müsabiqəsi”nin elan olunması, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ADPU tələbələrinin fənlər üzrə olimpiadaları və təsviri incəsənət müsabiqələrinin keçirilməsi, “Yaşıl təhsil” respublika elmi-praktik konfransının təşkili, monoqrafiyaların nəşrinə icazə verilməsi və dosent elmi adının verilməsi üçün Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması haqqında qərarlar qəbul olunub.

Xəbər lenti