Logo

Agentlikdən xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞ

28.03.2024 10:30 155 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınmasındakı vacib məqamla bağlı çağırış edib.

TKTA-dan "Tehsil.biz"ə verilən məlumata görə, yerli akkreditasiyası olmayan ali məktəblərdən əldə olunan kvalifikasiyaların tanınması həyata keçirilmir.

Qeyd edilib ki, “Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir”.

Xəbər lenti