Logo

Dünyanın ən qəribə muzeyləri - SİYAHI + FOTO

27.03.2024 23:49 192 baxış
IMG

Əlbəttə, muzeylər bir şəhərin, mədəniyyətin tarixini öyrənməkdən ötrü körpüdür, ancaq dünyada elə muzeylər də var ki, ziyarətçilər onları təkcə tarixi əhəmiyyətinə görə yox, həm də qəribə konsepsiyalarına görə xatırlayırlar.

Dünyanın ən qəribə muzeylərinin siyahısını təqdim edirik:

1. "Yarımçıq münasibətlər" muzeyi (Xorvatiya)

Xorvatiyanın Zaqreb şəhərində yerləşən "Yarımçıq münasibətlər" muzeyinin təkcə adı onun nə qədər kədərli atmosferə malik olduğunu göstərir.

Bu muzeydə yarımçıq münasibətlərin "şahid"ləri sərgilənir.

2. "Uğursuz sənətlər" muzeyi (ABŞ)

ABŞ-ın Massaçusets əyalətindəki "Uğursuz sənətlər" muzeyində alınmamış, uğursuz sənət əsərləri nümayiş etdirilir. Muzeyin yaradıcısı Skot Uilsona bu ideyanı illər əvvəl zibil qutusunda tapdığı rəsm əsəri verib.

Muzeyində 600-dən çox uğursuz sənət əsəri mövcuddur.

3. "İşgəncə" muzeyi (Hollandiya)

Amsterdamdakı "İşgəncə" muzeyi tarixin qəddarlığına, bəşəri vəhşiliklərə işıq tutur.

Belə ki, bu muzeydə Orta əsr Avropasında insanları cəzalandırmaq və öldürmək üçün istifadə edilən işgəncə alətləri nümayiş etdirilir.

Muzeyin məqsədi ziyarətçiləri əyləndirmək yox, maarifləndirməkdir.

4. "Heç nə" muzeyi (İsveçrə)

İsveçrənin Sürix şəhərindəki “Heç nə” muzeyində heç nə yoxdur.

Divarlarda bir neçə çərçivə asılıb, lakin onların da içi boşdur. Muzeyin kolleksiyasında heykəllər var, ancaq materialları hava olduğuna görə, onları görmək mümkün deyil.

Muzeyin məqsədi “heçlik” anlayışının estetik müstəvidə dərk olunmasıdır.

5. "Sosis" muzeyi (Almaniya)

Berlin və Hamburq arasındakı sosis münaqişəsini eşitmiş olarsınız. Hər iki şəhər sosislə bağlı müxtəlif ideyalar həyata keçirsə də, Berlin "Sosis" muzeyi ilə şübhəsiz, 1-0 öndədir.

Ziyarətçilər bu muzeydə səyyar satıcı kimi sosis hazırlayıb sata da bilər.

6. "Kanalizasiya" muzeyi (Fransa)

Parisin "Kanalizasiya" muzeyi, şübhəsiz, dünyanın ən maraqlı muzeylərindən biridir. 1200-cü illərdə Kral Filip Oqustun əmri ilə qurulan Paris kanalizasiya sistemi son dərəcə yaxşı təşkil edilmiş yeraltı tunellərdən ibarətdir.

Kəskin qoxuya dözə bilirsinizsə, bu qəribə muzeyi ziyarət edə bilərsiniz.

7. "Süd butulkası" muzeyi (ABŞ)

Südçü Paul Lyukun kolleksiyasındakı ən qədim süd butulkası 1890-cı ilə aiddir.

8. "Yanmış yemək" muzeyi (ABŞ)

1980-ci illərin sonunda Debora Henson tərəfindən yaradılıb.

Muzeydə yanmış yeməklər sərgilənir.

9. "Alt paltarı" muzeyi (Belçika)

Brüsseldəki bu muzeydə məşhur və zəngin insanların ən azı bir dəfə geyindiyi alt paltarları sərgilənir.

Məsələn, Elvis Preslinin alt paltarı ilə maraqlananlar bu muzeyi ziyarət edə bilərlər.

10. Beynəlxalq Tualet Muzeyi (Hindistan)

Yeni Delhidəki muzeydə 2500-cü ildən bəri tikilmiş bütün növ tualetləri görmək mümkündür.

Mənbə: Kulis.az

Xəbər lenti