Logo

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb - FOTO

27.03.2024 23:17 194 baxış
IMG

Gəncə şəhərində sağlam həyat tərzinin və idmanın təbliği məqsədilə qadınlar arasında voleybol yarışı təşkil olunub.

Tehsil.biz xəbər verir ki, yarışda Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) bir, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyini iki, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzini bir komanda təmsil edib.

Voleybol yarışında ADAU-nun komandası I yerə, GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin təmsilçiləri isə II və III yerlərə sahib olublar.

Xəbər lenti