Logo

Təhsil Tələbə Krediti Fondu Naxçıvanda abituriyentlərlə görüş keçirib - FOTO

27.03.2024 16:55 130 baxış
IMG

Martın 27-də Təhsil Tələbə Krediti Fondu Naxçıvanda ilk dəfə olaraq muxtar respublikanın ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri ilə görüş keçirib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, görüşdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri vəzifələrini müvəqqəti icra edən Şikar Hüseynov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması ali təhsilə və aztəminatlı təbəqədən olan gənclərə dövlət qayğısının bariz nümunəsidir.

Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Tehranağa Abdullayev iştirakçıların diqqətinə çatdırıb ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Vurğulanıb ki, kreditlər veriləndə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi ilkin şərtdir. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verilir. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da verilir.

Görüşdə abituriyentlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, görüş Naxçıvan şəhər və Babək rayonunun ümumtəhsil məktəblərində təhsil alan abituriyentlərlə keçirilib. Növbəti günlərdə fondun əməkdaşları tərəfindən digər rayonlarda da abituriyentlərlə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti