Logo

Elçin Əzizov Rusiyadakı konsertini təxirə saldı

26.03.2024 19:01 143 baxış
IMG

Xalq artisti Elçin Əzizovun Sankt-Peterburqda planlaşdırılan konserti təxirə düşüb.

Tehsil.biz xəbər verir ki, bu barədə opera ifaçısı özü məlumat yayıb.

O bildirib ki, martın 27-də nəzərdə tutulan tədbir baş tutmayacaq. 

“Crocus City Hall”da baş verən dəhşətli hadisədən sonra “Mahnıma inan” adlı konsertimi təxirə saldıq. Bu, əyləncə, zarafat dolu bir gecə idi. Faciədə dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm. Yaxın günlərdə konsertin tarixini açıqlayacağıq. 27 mart üçün alınan biletlər keçərlidir”, - deyə E.Əzizov açıqlamasında bildirib.

Xəbər lenti