Logo

“Məktəbə gələnə kimi sıxıntılarım var idi, müəllimlər dərs keçəndən sonra başım qarışdı" - VİDEO

26.03.2024 16:14 149 baxış
IMG

Cinayət hadisələrində yeniyetmələrin də iştirakı onların cəzaçəkmə müəssisələrində necə məhkum həyatı yaşadıqları barədə sual doğurur.

Məlum olub ki, ağır cinayət, xüsusən qətllərdə təqsirləndirilən yeniyetmələr xüsusi cəzaçəkmə müəssisələrinə yerləşdirilir. Burada onların təhsil alması üçün orta məktəb, peşə kursları və idman zalı fəaliyyət göstərir. 

Peşə dərslərində iştirak edən məhkum yeniyetmələrdən biri azadlığa çıxandan sonrakı arzularından danışıb:

“Məktəbə gələnə kimi sıxıntılarım var idi. Müəllimlər dərs keçəndən sonra başım qarışdı. Azadlığa çıxandan sonra özümü ailəmin yanında doğrultmaq istəyirəm”.

Digər məhkum: “Uşaq valideynləri ilə olanda uşaq kimi qalır. Lakin uşaq valideyni ilə qalmayanda özü böyüyür".

Daha ətraflı ARB TV-nin hazırladığı videoda:

Xəbər lenti